İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142534 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 20: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Should, ought to və had better

Untitled Document

Öhdəlik, tövsiyyə və ya mümkünlük haqqında danışmaq üçün həm should, həm də ought to modal fellərindən istifadə etmək olar:

You should / ought to finish your homework before you go out. (tövsiyyə və ya öhdəlik)
It should / ought to be ready by now. (mümkünlük)

Lakin daha çox should modal felindən istifadə olunur. Ought to modal feli əsasən danışıqda istifadə olunur və məna etibarilə mümkünlüyə daha yaxındı.

Aşağıdakı məqamlara diqqət edin:

* Əgər tövsiyyə sizdən yox başqa bir yerdən gəlirsə should modal felinə üstünlük verilir:

The manual says that the computer should be disconnected from the power supply before the cover is removed. (rather than ...ought to be disconnected...)

* "I" şəxs zərfliyi ilə məsləhət verərkən should (və ya would) modal feli işlənir (ought to-dan istifadə etmək olmaz):

I should leave early tomorrow, if 1 were you. (və ya I would leave...; və ya I'd leave...)

* Sual cümlələrində should modal felinə üstünlük verilir (bəzən ought to modal felindən də istifadə etmək mümkündür, lakin bu çox rəsmi formadır):

What should I do if I have any problems?    
Should I ring you at home?


Qeyd: Hansısa bir dəlil, sübut əsasında müəyyən bir nəticəyə gəliriksə onu must modal feli ilə ifadə edirik, bu zaman shouldought to modal fellərindən istifadə etmək olmaz:

It's the third time she's been skating this week. She must really enjoy it.


Keçmişdə baş verməmiş və baş vermədiyinə grə bizim peşman olduğumuz hadisələri bildirmək üçün should/ought to have fel (keçmiş bitmiş formada) formasından istifadə edirik:

We should / ought to have waited for the rain to stop. (I'm sorry we didn't)

Bu formadan həmçinin baş verməsi ehtimal olunan və ya gözlənilən hadisələri ifadə etmək üçün də istifadə olunur:

If the flight was on time, he should / ought to have arrived in Jakarta early this morning.
The builders should / ought to have finished by the end of the week.


Təklif verən və ya təsdiq, məsləhət tələb edən sual cümlələrində should modal felindən istifadə edə bilərik:

Should I phone for a taxi for you? 
Who should I pass the message to?

Qeyd: Yuxarıdakı və onlara bənzər cümlələrdə shall modal felindən çox oxşar məna ilə istifadə etmək olar, ought to modal felindən də bu hallarda istifadə etmək mümkündür, lakin bu cür sual cümlələrində ondan çox az hallarda istifadə olunur.

Aşağıdakı və onlara bənzər cümələrdə shall (intend to mənası ilə) və should (ought to mənası ilə) modal fellərini müqayisə edin:

I shall read the script on the train tomorrow. (və ya I'll read...)
I should read the script on the train tomorrow but I know that I'll be too tired.


Danışıq dilində nəyisə etməyin yaxşı fikir olduğunu ifadə etmək üçün should / ought to modal fellərinin əvəzinə had better ifadəsindən də istifadə etmək olar:

If you're not well, you'd better ask Ann to go instead. (və ya ... you should / ought to...)

Lakin bu ifadədən keçmişdən danışarkən və ümumi şərh verilərkən istifadə olunmur:

You should / ought to have caught a later train. (You had better have caught... -- yox)
I don't think parents should / ought to give their children sweets. (I don't think paren had better give their children sweets. -- yox)

Vaciblik, tələb və hədə qorxunu ifadə etmək üçün had better ifadəsinə üstünlük verilir:

There's someone moving about downstairs. We'd better call the police, quickly.

Qeyd: İnkar formasl had better not şəklindədir. Sual cümlələrində isə mübtəda had sözüdən sonra gəlir, lakin çoxları had better ifadəsin sual cümlələrində işlətmir.

He'd better not be late again or he'll be in trouble.
Hadn't we better get a taxi? (və ya Shouldn't we get...?)

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı